Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan standartların elektron satışını həyata keçirə bilər.
"APA-Economics" xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
R. Həsənovun sözlərinə görə, Azərbaycan bu sahədə Avropa ölkələrinin təcrübəsini öyrənib: "Bununla bağlı bilikləri artıq almışıq və bunları ölkəmizdə tətbiq etmək istəyirik. Bununla bağlı hazırlıq işləri gedir. Təbii ki, bunu tətbiqi etmək və sistemi qurmaq üçün müəyyən vəsait lazımdır. Biz standartların məlumat bazasını yaradırıq. Bu da Avropada tətbiq olunan təcrübədir. Standart almaq istəyənlər bu məlumat bazasına daxil olub, ona lazım olan standartı əldə edə bilər".