Bank Of Baku

Azərbaycan Türkiyənin G20 qrupuna sədrliyi çərçivəsində keçirilən ilk toplantıda iştirak edib

Azərbaycan Türkiyənin G20 qrupuna sədrliyi çərçivəsində keçirilən ilk toplantıda iştirak edib
# 20 dekabr 2014 10:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyənin dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 20 ölkəsini birləşdirən G20 qrupuna sədrliyi çərçivəsində Şerpa istiqaməti üzrə ilk toplantı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İradə Usubova toplantıda iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Türkiyənin İstanbul şəhərində səfərdə olub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Şerpa istiqaməti üzrə fəaliyyət göstərən 4 işçi qrupunun (inkişaf, məşğulluq, antikorrupsiya və enerji davamlılığı üzrə işçi qrupları) 2015-ci il üçün prioritet fəaliyyət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyənin G20 qrupuna sədrliyi dövründə iqtisadi inkişafın məşğulluğun artmasına təsirinin gücləndirilməsi, ÜDM-də əmək haqqı payının azalması səbəblərinin araşdırılması, işçi qüvvəsində gender bərabərsizliyinin azaldılması, əmək bazarında iş qüvvəsinə olan tələb və təklif arasında uyğunsuzluğun aradan qaldırılması prioritet məsələlər kimi elan olunub. G20-nin İşçi Qrupu çərçivəsində məşğulluq üzrə 3 görüşün və bir əmək nazirləri toplantısının keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki,  Türkiyə bu ilin dekabrın 1-dən G20 qrupuna sədrlik edir. Türkiyənin bu qrupa 30 noyabr 2015-ci il tarixinədək davam edəcək sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan tam hüquqlu üzv kimi iştirak etməyə dəvət edilib. Dünya iqtisadiyyatının 90%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR