Bank Of Baku

Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək

Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək
# 16 may 2015 09:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan və Avstriya iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlığın vəziyyəti və daha da genişləndirilməsi məsələlərini müzakirə edəcək.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 2-3-də Bakıda Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 8-ci iclası keçiriləcək.

 

Bununla əlaqədar olaraq Avstriya tərəfindən komissiyanın həmsədri, elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini xanım Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR