Bank Of Baku

Azərbaycan və Rusiya bir neçə dəmir yol marşrutu üzrə rəqabətədavamlı tariflər üzrə razılığa gəlib

Azərbaycan və Rusiya bir neçə dəmir yol marşrutu üzrə rəqabətədavamlı tariflər üzrə razılığa gəlib
# 11 fevral 2016 12:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Rusiya Federasiyasının Moskva şəhərində “Rusiya Dəmir Yolları” ASC və “Azərbaycan Dəmir Yolları” QSC arasında əlverişli əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş yığıncaq keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən APA-ya verilən məlumata görə, tədbir “Azərbaycan Dəmir Yolları” QSC-nin cədri Cavid Qurbanovla “Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov arasında əvvəlcədən əldə olunmuş razılığa uyğun olaraq baş tutub.

 

Yığıncaqda Rusiya - Azərbaycan istiqamətində yükdaşımaların təşkili, Azərbaycanın tranzit potensialının inkişaf etdirilməsi, həmçinin maraqlı dövlətlərin cəlb edilməsi şərtilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

“Rusiya Dəmir Yolları” ASC, “RDY Logistika” SC, “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Ekspress” MMC-nin  nümayəndə heyətinin üzvləri, Azərbaycan, həmçinin Hindistan (Cavahirləl Nehru limanı (Nava-Şeva) - İran (Bəndər-Abbas-Qəzvin-Astara) - Azərbaycan (Astara-Yalama), Rusiya (Samur-Moskva), Hindistan (Cəvahirləl Nehru limanı (Nava-Şeva)-İran (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Sankt Peterburq), Hindistan (Cəvahirrləl Nehru limanı (Nava-Şeva)-İran (Bəndər-Abbas-Qəzvin-Astara)-Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Buslovskaya) - Finlandiya (Helsinki), İran (Tehran-Astara) - Azərbaycan (Astara-Yalama) - Rusiya (Samur-Moskva) marşrutları üzrə  yük daşıma, nəqliyyat-ekspeditor xidməti, yüklərin boşaldılması və saxlanılması sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər. Müzakirələrdən sonra tərəflər yükdaşıma marşrutlarında müvafiq rəqabətədavamlı tariflər üzrə razılığa gəliblər. 2016-cı il mart ayının  sonunadək bu marşrutlar üzrə ilk qatarın yola salınması gözlənilir.  

 

Tərəflər arasında növbəti görüşün 2016-cı ilin mart ayında Bakı şəhərində keçirilməsi üzrə razılıq əldə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR