Bank Of Baku

Azərbaycana 3100 yeni yük vaqonu gətirilib

Azərbaycana 3100 yeni yük vaqonu gətirilib
# 05 aprel 2016 07:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Son 11 ayda Rusiyadan Azərbaycana 3100 yeni yük vaqonu gətilib.

 

Bu barədə APA-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzmmədov bildirib. Onun sözlərinə görə, 2015-ci ilin mart ayında QSC sədri Cavid Qurbanov Rusiya Federasiyasının F. Dzerjinski adına “Uralvaqonzavod”  Elmi-İstehsal Korporasiyasının baş direktoru Oleq Sienko ilə görüşüb. Görüşdə “Uralvaqonzavod”dan 3100 müxtəlif təmayüllü yük vaqonunun alınması ilə bağlı müqavilə imzalanıb. Qısa zaman kəsiyində vaqonların hamısı ölkəmizə gətirilib. Bunlardan 400-ü qapalı, 400-ü platforma, 200-ü iritonnajlı konteyner daşıyan platforma, 1000-i yarımvaqon, 600-ü çən, 300-ü taxıldaşıyan, 100-ü xopper, 100-ü isə sement daşıyan vaqondur.

 

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi yeni vaqonların ilk qrupu  25 aprel 2015-ci ildə ölkəmizə gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR