Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycana ağır texnika ixrac edən Rusiyanın "Dormaş" QSC müflislik təhlükəsi ilə üzləşib.
"APA-Economics" xəbər verir ki, bununla əlaqədar QSC-nin maliyyə sağlamlaşdırılmasına başlanılıb. Məhkəmənin qərarı ilə QSC-yə müvəqqəti inzibatçı təyin olunub.
Şirkətin saytında yer alan məlumata əsasən, QSC-nin tabeliyində fəaliyyət göstərən zavod Azərbaycana 20 ədəd texnika ixrac edib. Buna görə, Azərbaycan tərəfinin zavod qarşısında 5,6 mln. dollarlıq kreditor öhdəliyi var.