Bakı - APA-Economics. Azərbaycanın "Silk Way Business Aviation" aviaşirkəti ilk "Gulfstream G650" (bort nömrəsi 4K-AI88) təyyarəsini alıb.
"APA-Economics"in "BizavNews" xəbər portalına istinadən verdiyi xəbərə görə, təyyarə artıq Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətirilib və gələn həftədən etibarən onun istismarına başlanılacaq.
Sövdələşmənin həcmi açıqlanmır.