Bank Of Baku

Azərbaycanda 100-ə yaxın ixtiraya dövlət patenti verilib

Azərbaycanda 100-ə yaxın ixtiraya dövlət patenti verilib
# 14 yanvar 2015 14:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ixtiralara dair 94 patent verilib.

 

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu patentlərdən 90 ədədi milli, 4 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Faydalı modelə dair 15 patent qeydiyyata alınıb ki, onlardan da 10 ədədi milli, 4 ədədi xarici fiziki və hüquqi şəxslərə məxsusdur.

 

Sənaye nümunələrinə dair 41 patent verilib ki, onlardan 19 ədədi milli, 22 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

 

Ötən il ərzində müvafiq dövlət reyestrində 1840 ədəd əmtəə nişanı və 1 coğrafi göstərici qeydiyyata alınıb. Hesabat dövründə patentlərin qüvvədə olma müddətinin uzadılması barədə 614 ədəd, şəhadətnamənin qüvvədə olma müddətinin uzadılması barədə 794 ədəd, əmtəə nişanına dair dəyişiklər edilməsi haqqında 423 ədəd bildiriş qeydiyyata alınıb.

 

İl ərzində 190 müqavilə qeydiyyata alınıb ki, onlardan 10-u ixtira, faydalı model və sənaye nümunəsi patenti üzrə hüquqların verilməsinə görə, 6-sı patentə dair iddia sənədi üzrə hüquqların verilməsinə görə, 4-ü patentin istifadəsinə dair lisenziya müqaviləsi, 160-ı əmtəə nişanları üzrə hüquqların verilməsinə görə, 1-i əmtəə nişanına dair iddia sənədi üzrə hüquqların verilməsinə görə, 9-u əmtəə nişanlarının istifadəsinə dair lisenziya müqaviləsi, 1-i beynəlxalq əmtəə nişanlarından istifadəyə dair lisenziya müqaviləsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR