Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda “Mercedes-Benz” avtomobilləri və ehtiyyat hissələrinin qiymətlərində heç bir dəyişiklik baş verməyib.
“Mercedes-Benz” brendinin Azərbaycanda minik avtomobilləri üzrə yeganə rəsmi dileri olan “AutoStar Kaukasus” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, manatın devalvasiyasına baxmayaraq, şirkətin anbarında mövcud olan avtomobil və ehtiyat hissələrinin qiymətlərində heç bir dəyişiklik baş verməyib.
“Manatın devalvasiyası baş verdikdən sonra sifariş olunan və ya gətirilən avtomobil və ehtiyyat hissələrinin qiyməti isə avronun manata qarşı məzənnəsinə uyğun olaraq hesablanacaq”, - deyə məlumatda qeyd edilib.