Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 50,8 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 27,2%, sair nəqliyyat vasitələrinin istehsalı 12,6% azalıb, avtomobil və qoşquların istehsalı isə 18,2% artıb.
Belə ki, bu ilin aprel ayının 1-ə 120 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin üç ayı ərzində ölkədə 46 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin 3 ayı ilə müqayisədə 63,5% azdır. Nəticədə bu ilin aprelin 1-ə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bundan başqa, bu ilin üç ayı ərzində 10 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 3 ayı ilə müqayisədə 94,9%. Nəticədə bu ilin aprelin 1-ə 18 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-mart ayları ərzində 226 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin 3 ayı ilə müqayisədə 19% azdır. Nəticədə bu ilin aprelin 1-ə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.