Bank Of Baku

Azərbaycanda avtomobil və traktorların istehsalı kəskin azalıb

Azərbaycanda avtomobil və traktorların istehsalı kəskin azalıb
# 18 mart 2016 07:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 29,8 mln. manatlıq məhsul istehsal edilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin

yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7%, sair nəqliyyat vasitələrinin istehsalı 11% azalıb, avtomobil və qoşquların istehsalı isə 19,6% artıb.

 

Belə ki, bu ilin mart ayının 1-ə 120 ədəd hazır minik avtomobili ehtiyatı yaranıb. Bu ilin iki ayı ərzində ölkədə 42 ədəd yük avtomobili istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 45,5% azdır. Nəticədə bu ilin martın 1-ə 2 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Bundan başqa, bu ilin iki ayı ərzində 10 ədəd xüsusi təyinatlı kommunal maşınları istehsal edilib. Bu da əvvəlki ilin 2 ayı ilə müqayisədə 90% azdır. Nəticədə bu ilin yanvarın 1-ə 58 ədəd hazır məhsul ehtiyatı yaranıb.

 

Bu ilin yanvar-fevral ayları ərzində 144 ədəd traktor istehsal edilib ki, bu da 2015-ci ilin 2 ayı ilə müqayisədə 22,6% azdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR