Bank Of Baku

Azərbaycanda avtomobil yollarının təhkim zolaqlarının hər iki tərəfinə eni 3 metrdən az olmayan torpaq sahəsinin ayrılması barədə tələb ləğv edilib

Azərbaycanda avtomobil yollarının təhkim zolaqlarının hər iki tərəfinə eni 3 metrdən az olmayan torpaq sahəsinin ayrılması barədə tələb ləğv edilib
# 07 iyun 2015 15:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda avtomobil yollarının saxlanılması üzrə işlərin icrası ilə əlaqədar  lazımi şəraitin təmin olunması üçün müəyyənləşdirilmiş  təhkim zolaqlarının ölçülərinə əlavə olaraq avtomobil yollarının hər iki tərəfinə eni 3 metrdən az olmayan torpaq sahələri ayrılmalı olması barədə tələb ləğv edilib.

 

APA-nın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə dəyişikliklər edilməsi haqqında qərarında dəyişiklik edib.

 

Bu tələb indiyə qədər bütün avtomobil yolları - tökmələrdə yerləşən I dərəcəli, səkkiz hərəkət zolaqlı, tökmələrdə yerləşən I dərəcəli, altı  hərəkət zolaqlı, tökmələrdə yerləşən I dərəcəli, dörd  hərəkət zolaqlı, tökmələrdə yerləşən II dərəcəli, iki  hərəkət zolaqlı, tökmələrdə yerləşən III dərəcəli, iki  hərəkət zolaqlı, tökmələrdə yerləşən IV dərəcəli, iki  hərəkət zolaqlı, tökmələrdə yerləşən V dərəcəli, bir  hərəkət zolaqlı, qazmalarda yerləşən I dərəcəli, səkkiz  hərəkət zolaqlı, qazmalarda yerləşən I dərəcəli, altı  hərəkət zolaqlı, qazmalarda yerləşən I dərəcəli, dörd  hərəkət zolaqlı, qazmalarda yerləşən II dərəcəli, iki  hərəkət zolaqlı, qazmalarda yerləşən III dərəcəli, iki  hərəkət zolaqlı, qazmalarda yerləşən IV dərəcəli, iki  hərəkət zolaqlı, qazmalarda yerləşən V dərəcəli, bir hərəkət zolaqlı  avtomobil yolları, eyni zamanda avtomobil yollarının birləşmə və kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının yerləşdirilməsi üçün tələb olunan torpaq sahəsi üçün tətbiq olunub. Dəyişikliyə əsasən bunda sonra artıq müəyyənləşdirilmiş  təhkim zolaqlarının ölçülərinə əlavə olaraq avtomobil yollarının hər iki tərəfinə eni 3 metrdən az olmayan torpaq sahələri ayrılmayacaq. Sadəcə, avtomobil yolları tikilən zaman tökmələrin hündürlüyünün və ya qazmaların dərinliyinin maksimal həddi 12 metrdən çox olan və körpülərə, yol ötürücülərinə və tunellərə yanaşmalarda yerləşən yolların təhkim zolağı konkret ölçü ilə müəyyənləşdirilməyəcək. Avtomobil yollarının təhkim zolağının ölçüləri müəyyən edilərkən, avtomobil yollarının  tökmələrin hündürlüyünün və ya qazmaların dərinliyinin maksimal həddi 12 metrdən çox olan və körpülərə, yol ötürücülərinə və tunellərə yanaşmalarda yerləşən hissələrinin torpaq yatağı fərdi layihələndirilmə tələb etdiyindən,  ümumilikdə avtomobil yolları üçün müəyyənləşdirilmiş təhkim zolaqlarının ölçüləri avtomobil yollarının bu hissələrinə şamil edilməyəcək.

 

İndiyə qədər istehsalat obyektlərinin və avtomobil yollarının ayrı-ayrı 

tikinti elementlərinin yerləşdirilməsi üçün mühəndis axtarışlarının və layihə sənədlərinin hazırlanması zamanı avtomobil yollarının dərəcəsindən və hərəkət şiddətindən asılı olaraq torpaq sahəsinin ölçüləri artırıla bilərdi. Dəyişikliyə əsasən artıq bu da mümkün olmayacaq və istehsalat obyektlərinin və avtomobil yollarının ayrı-ayrı tikinti elementlərinin yerləşdirilməsi üçün müəyyən edilmiş normativ ölçülərdən kənara çıxılmasına icazə verilməyəcək. Digər tərəfdən, indiyə qədər torpaq sahəsinin seçilmə aktının  hazırlanması zamanı (avtomobil yollarının və yol qurğularının yerləşdirilməsinin ilkin razılaşdırılması ərəfəsində, eləcə də kadastr işlərinin aparılması zamanı) layihə sənədlərinə daxil edilən tələblər və şərtlərdə nəzərdə tutulan kənar mühəndis şəbəkəsinin, artezian quyularının, sutəmizləyici qurğuların, qazanxanaların, mühafizə tikililərinin, yanğına qarşı zolaqların, yolötürücülərinin, piyada keçidlərinin və digər bina və tikililərin yerləşdirilməsi üçün əlavə olaraq torpaq sahələrinin ölçüləri və yeri təyin edilib.

Dəyişikliyə əsasən bundan sonra belə əlavə olaraq torpaq  sahələrinin ölçüləri və yeri təyin edilməyəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR