Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda daha bir taksi xidmətləri göstərən şirkət yaranıb.
"APA-Economics" xəbər verir ki, "Times Taksi Fəaliyyəti" MMC avqustun 11-də Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Şirkət Şirvan şəhərində yerləşir. MMC-nin nizamnamə kapitalı 1 manatdır.
Şirkətin Müşahidə Şurasının üç üzvü var: Cavid Hacıyev, Ülvi Əliyev, Bəhram Abbasov. MMC-nin qanuni təmsilçisi Ceyhun Hacıyevdir.