Bank Of Baku

Azərbaycanda daha iki bank elektron arayış əsasında kreditlərin verilməsinə başlayır

Azərbaycanda daha iki bank elektron arayış əsasında kreditlərin verilməsinə başlayır
# 28 yanvar 2015 13:07 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Elektron arayışlardan istifadə üzrə daha iki bank "Elektron Hökumət" portalının operatoru Məlumat Hesablama Mərkəzi (MHM) ilə əməkdaşlığa start verib.

 

MHM-dən "APA-Economics"ə verilən məlumata görə, "AGBank" və "Rabitəbank" kredit əməliyyatlarının aparılması prosesində elektron arayışların tətbiqinə başlayıblar.

 

Elektron arayışların üstünlüyü aşağıdakılardır:

Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;

Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

Bürokratik proseslər ləğv edilməsi;

İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;

Çalışdığı müəssisə rəhbərliyinin işçinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

 

Qeyd edək ki, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışların sayı artacaq. Tezliklə belə arayışların sırasına yaşayış yeri barədə elektron arayışın verilməsi, diplom barədə elektron arayışın verilməsi, rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi, kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi, abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi, sağlamlıq barədə tibbi elektron arayışın verilməsi, pensiya kapitalı barədə elektron arayışın verilməsi, vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi qoşulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR