Bank Of Baku

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin 60%-i neft məhsullarının payına düşür

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin 60%-i neft məhsullarının payına düşür
# 16 fevral 2015 09:20 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda 2014-cü ildə dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 9,9 mln. ton təşkil edib.

 

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, yüklərin 56,1%-ini neft yükləri, 43,9%-ini isə quru yükləri təşkil edib və bütün daşımalar xarici əlaqə üzrə həyata keçirilib.

 

Bundan başqa dəniz limanlarında 12 mln. ton yükləmə-boşalma işləri həyata keçirilib ki, işlənmiş yüklərin 86,9%-ini beynəlxalq tranzit yüklər təşkil edib.

 

Qeyd edək ki, 1 yanvar 2015-ci ildə limanlarda göndərilmək üçün 167,8 min ton idxal yüklərin qalığı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR