Bank Of Baku

Azərbaycanda DVB-T dekoderlərinin istehsalı artırılacaq

Azərbaycanda DVB-T dekoderlərinin istehsalı artırılacaq
# 24 dekabr 2014 12:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) gələn il DVB-T dekoderlərinin istehsalını artırmağı planlaşdırır. Bu barədə APA-ya MSN-dən məlumat verilib.

 

Sərgidə nümayiş olunan «Peyk» adlı dekoderin istehsalına MSN-in eyni adlı zavodunda 2013-cü ildən başlanıb. Dekoderlər daxili bazarda satışda mövcuddur.

 

Nazirlikdə hesab edirlər ki, rəqəmsal yayıma tam keçildikdən sonra dekoderlərə tələb daha da çoxalacaq. Əlavə olaraq, müəyyən kateqoriyadan olan ailələrin dövlət hesabına DVB-T dekoderlərlə təmin olunmasına dair təkliflər mövcuddur. Hazırda hökumətdə baxılan bu təklif qəbul olunacağı təqdirdə sifarişlər «Peyk» zavodunda yerinə yetiriləcək.

 

Qeyd edək ki, sosial paketə daxil olan kanallara baxmaq üçün nəzərdə tutulan dekoderlər sınaqdan uğurla keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR