Bank Of Baku

Azərbaycanda elektron xidmət istifadəçilərinin sayı xeyli artıb

Azərbaycanda elektron xidmət istifadəçilərinin sayı xeyli artıb
# 31 yanvar 2015 09:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda elektron xidmət istifadəçilərinin sayı 50 dəfə artıb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Econimics”ə verilən məlumata görə, hazırda “Elektron hökumət” portalına 45 dövlət qurumu üzrə 405 elektron xidmətin inteqrasiyası təmin edilib. Portalda olan e-xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəlməsi və aparılan maarifləndirmə-təbliğat xarakterli tədbirlərin nəticəsində  təkcə 2014-cü il ərzində elektron xidmətlərdən istifadə edən istifadəçilərin sayında 50 dəfə artım müşahidə olunub.

 

Nazirliyin məlumat hesablama mərkəzinin şöbə müdiri İlqar Abdullayevin sözlərinə görə, əgər 2013-cü ilin yanvarında 23,115 nəfər elektron xidmətlərdən yararlanmışdısa, 2015-ci ilin yanvarında bu rəqəm 1 137,975 nəfər olub.

 

Vətəndaşlar tərəfindən elektron xidmәtlərә müraciət sayında 856 dəfə artım müşahidə olunub. Belə ki, elektron xidmәtlərә müraciət sayı 2013-cü ilin yanvarında 7,957 olmuşdusa, 2014-cü ilin sonuna bu rəqəm 6 812,582 nəfər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR