Bakı. Ramiz Mikayıloğlu - APA. Əsaslı təmir olunmuş yolların 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəz olunmasını prosesi həyata keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovuni APA-ya verdiyi məlumata görə, uzunölçülü relslərin qaynaqlanması prosesini “Azərbaycan Dəmir Yolları” Qapalı səhmdar Cəmiyyətinin 24 saylı Salyan Rels-Qaynaqlma Qatarı kollektivi həyata keçirir.
800 metrlik uzunölçülü relslərin (pletlərin) hazırlanması prosesininə 22 fevral 2012-ci ildə start verilib, elə həmin ildə 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb, 30 yanvar 2013-cü ildə istismara verilib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisini və uzunölçülü relslərlə əvəzlənməsini Azərbaycan təşkilatları həyata keçirir. 800 metrlik uzunölçülü relslərin hazırlanması prosesininə start veriləndən (22 fevral 2012-ci ildən) bu günə kimi 532 km rels qaynaq edilib. Bunun 394,7 km-i Azərbaycan dəmir yolunda, 137,3 km-i (bunun 78,6 km-i KSM-005 markalı səyyar qaynaq texnikası ilə həyata keçirilmişdir) isə Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bağlantısının Gürcüstan hissəsinin tikintisində istifadə olunub. 2015-ci ilin oktyabar ayından Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq. Artıq 28, 4 km əsaslı təmir olunub. Bu yolların da 800 metrlik uzunölçülü relslərlə əvəzlənməsi prosesi həyata keçirilir.
Ona görə də 24 saylı Salyan Rels-Qaynaqlama Qatarının bazasını daha da genişləndirmək məqsədilə Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq gətirilib, istismara verilib. Bu texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.