Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda ümumi sahəsi 723,8 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin 5 ayı ilə müqayisədə bu ilin eyni dövründə istifadəyə verilən yaşayış evlərinin sahəsi 101,099 min kvadratmetr və ya 16,24% artıb.
Komitənin sosial-iqtisadi inkişaf bülleteninə nəzər salanda məlum olur ki, ilin əvvəlindən bu sahədə artım qeydə alınıb. Belə ki, əgər yanvarda 121 160, fevralda 141 713 kvadratmetr, martda 151 663 kvadratmetr yaşayış sahəsi istifadəyə verilibsə, apreldə bu göstərici 174 993 kvadratmetrə çatıb. Maraqlıdır ki, ötən ay istifadəyə verilən yeni yaşayış sahəsi əvvəlki üç aydakı göstərici ilə müqayisədə aşağı olub. Belə ki, may ayında ölkədə 134 249 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.