Bank Of Baku

Azərbaycanda ötən il ərzində 205 mindən artıq daşınmaz əmlak obyekti qeydiyyata alınıb

Azərbaycanda ötən il ərzində 205 mindən artıq daşınmaz əmlak obyekti qeydiyyata alınıb
# 30 yanvar 2015 15:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 205 200-ə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

 

APA-Economics”in məlumatına görə, bunu ƏMDK tərəfindən 2014-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib.

 

Onun sözlərinə görə, bunun 57 950-yə yaxın ilkin qeydiyyat, 147 250-dən çox təkrar qeydiyyata aiddir.

 

O bildirib ki, hesabat dövründə hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 157200-dən çox yüklülük (məhdudiyyət) arayışı (100 minə yaxın onlayn üsulla), əhaliyə xidmətlə bağlı 19 950-dən çox digər müxtəlif məzmunlu arayışlar verilib: “2014-cü il ərzində 45 600-dən çox ipoteka müqaviləsi qeydə alınıb. 175 000-ə yaxın daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR