Bank Of Baku

Su və kanalizasiya sisteminə qoşulmaq üçün texniki şərt alınması vacib olan tikinti obyektlərinin sayı artırılıb

Su və kanalizasiya sisteminə qoşulmaq üçün texniki şərt alınması vacib olan tikinti obyektlərinin sayı artırılıb
# 04 fevral 2016 23:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda dəyişiklik edib. 

 

APA-nın məlumatına görə, Qaydaya əsasən Sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulması su təchizatı və kanalizasiya müəssisəsi (STKM) tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir.

 

İndiyə qədər mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilib. Dəyişikliyə əsasən sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında  texniki şərtlərin veriləcəyi tikinti obyektlərinin siyahısı genişləndirilib. Başqa sözlə, hündürlüyü 5 metrdən, sahəsi 100 kvadratmetrdən çox  olan bir mərtəbəli yardımçı tikililəri, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlər, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi 60 kubmetrdən və dərinliyi 5 metrdən çox olan quyular, yeraltı su və çirkab su anbarları (rezervuarların), həcmi 200 kubmetrdən çox olan hovuzlar, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü 3 metrdən və sahəsi 100 kvadratmetrdən çox olan yardımçı tikililər  üçün də  texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında veriləcək.  
   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR