Bank Of Baku

Azərbaycanda tikinti materiallarının istehsalı 18% artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 18% artıb
# 12 iyun 2015 14:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materialları sənayesi sahəsində istehsal edilmiş məhsulların həcmi 17,6% artaraq 172,5 mln. manat təşkil edib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinin statistik hesabatına istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda sement istehsalı ötən illə müqayisədə 7,7% artıb. Belə ki, bu ilin beş ayında ölkədə 1 196,3 min ton sement istehsal edilib. Nəticədə bu ilin iyunun 1-ə 61,7 min ton hazır məhsul ehtiyatı qalıb.

 

Bu müddət ərzində 77,2 min ton tikinti gipsi istehsal edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 3,4% çoxdur. Nəticədə bu ilin iyunun 1-ə 3,3 min ton hazır məhsul ehtiyatı qalıb.

 

Bu ilin beş ayında ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlarının istehsalı 3,5 dəfə artaraq 5 103,5 ton olub.

 

Əvəzində son 1 ildə ölkədə asfalt istehsalı 31% azalıb və 94,8 min ton olub. İlin beş ayı ərzində betondan yığma tikinti konstruksiyaların istehsalı 51,4% azalaraq 6,8 min kubmetr olub. Hörmə üçün hazır beton qarışığının istehsalı 26,3% azalaraq 451,7 min ton təşkil edib.

 

Yanvar-may aylarında tikinti kərpicinin istehsalı da 6,8% azalıb. Belə ki, bu ilin beş ayında ölkədə 96 min kubmetr tikinti kərpici istehsal edilib. Nəticədə bu ilin iyunun 1-ə 3,4 min kubmetr hazır məhsul ehtiyatı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR