Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 163,3 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5% azdır.
Sementin istehsalı 25%, beton qarışığının istehsalı 59,9%, tikinti gipsinin istehsalı 38,1%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1% azalıb.
