Bank Of Baku

Azərbaycanda verilən elektron imzaların sayı 27 mini ötüb

Azərbaycanda verilən elektron imzaların sayı 27 mini ötüb
# 10 dekabr 2014 10:27 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda noyabr ayının 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 27 536 ədəd olub.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu statistik göstərici “Elektron hökumət” bülleteninin dekabr buraxılışında əksini tapıb.

 

Dövlət qurumlarına 16 616  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4 528 ədədə çatıb. Vətəndaşlar isə 6 392 sertifikat əldə ediblər.

 

Qeyd edək ki, elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR