Bakı. Vüsal Nəbiyev - APA-Economics. Cari ilin yanvar ayında boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 7,5 və 33% artıb.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq əlaqələr üzrə yükdaşıma qiymətləri hava nəqliyyatında 31,7%, dəmir yolu nəqliyyatında 28,6%, dəniz nəqliyyatında 28,5% artıb.
Avtomobil nəqliyyatında isə yükdaşımalar 1,4% ucuzlaşıb, yerli əlaqə üzrə yükdaşıma qiymətlərində isə dəyişiklik baş verməyib.
Ümumilikdə nəqliyyat sektorunda yükdaşıma qiymətləri 2015-ci ilin dekabr ayı ilə müqayisədə 18,9% artıb.