Bank Of Baku

Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb
# 14 aprel 2015 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 11,2%, sərnişindaşıma tarifləri isə 0,8% bahalaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 0,9%, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub. Yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

 

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 4,2% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

 

Dəniz nəqliyyatında yükdaşıma tarifləri MDB və digər xarici ölkələr üzrə müvafiq olaraq 30,2 və 32,2% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

 

Mart ayında boru kəməri vasitəsilə neftin və qazın nəql olunma tarifləri müvafiq olaraq 17,7 və 21,8% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri üzrə 0,1 faiz bahalaşma qeydə alınıb, sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR