Bank Of Baku

Azərbaycandan Rusiyaya hərəkət edən bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır - VİDEO

Azərbaycandan Rusiyaya hərəkət edən bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır - <span style="color: red;">VİDEO
# 08 dekabr 2014 08:55 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları  departamentindən məlumat verilib.

 

Belə ki, “Rusiya Dəmir Yolları” ASC-nin məlumatına əsasən, dekabrın 16-dan etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, dekabrın 18-dən etibarən 374/373 №-li Tümen-Bakı, dekabrın 20-dən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti, iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılır.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaq. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər  sərnişin qatarlarına bilet satışı Bakı sərnişin stansiyasının 2 №-li kassasından  həyata keçiriləcək.

 

“Azərbaycan Dəmir Yolları” bildirir ki, QSC-yə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.

 

Dekabrın 14-dən etibarən Tümen - Mahaçqala istiqamətində getmək istəyən sərnişinlər Bakı - Mahaçqala və Bakı-Xarkov qatarından istifadə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR