Bank Of Baku

Azərbaycanın 11 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi ilə bağlı anket sorğusunu cavablandırıb

Azərbaycanın 11 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi ilə bağlı anket sorğusunu cavablandırıb
# 18 iyun 2015 08:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) bu ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirməyi planlaşdırır.

 

Məlumat Hesablama Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədilə MHM tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq müvafiq qurumlara göndərilib.

 

Artıq 11 dövlət qurumu informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandırıb.

 

Anket sorğusunu cavablandıran dövlət qurumlarına Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş dövlət komitələri daxildir.

 

Qeyd edək ki, sorğunu cavablandırmaq üçün https://www.e-gov.az/sorgu linkinə e-imza vasitəsilə daxil olaraq “Dövlət təşkilatlarında elektron xidmətlərin səmərəliliyini qiymətləndirən tədqiqat sorğusu”nda bəndlər üzrə müvafiq məlumatları doldurub, təsdiq etməklə elektron şəkildə göndərmək və ya həmin linkdən anket formasını çap edib, məlumatları  doldurub təsdiq edərək kağız şəklində RYTN-in  Məlumat Hesablama Mərkəzinə göndərmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR