Bakı. Musa Əhmədov - APA-Economics. "Connect TV" şirkətinin rəhbərliyində dəyişiklik baş verib.
"APA-Economics" xəbərinə görə, "Caspian Telekom" MMC-nin baş direktoru Fuad Allahverdiyev “Connect TV” şirkətinin baş direktoru təyin edilib.
Qeyd edək ki, F. Allahverdiyev “Rossiyskiy Credit” Bank, “United Credit Bank”, “Smart Systems Technology” LTD, “Nikoil Bank” ASC, “SKY” LTD, “Cabel TV”, “AileTV” və “AileNET” şirkətlərində çalışıb.