Bakı - APA-Economics. Azərbaycan poçt markalarının kataloquna daxil olan 3 növdə marka "eBay" internet mağazasında satışa çıxarılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu markalar 1920-1922-ci illərdə nəşr olunub.
"eBay"də sözügedən poçt markalarının satış qiyməti 50 ABŞ dolları təşkil edir.
Markaların nominal dəyəri dövriyyəyə buraxılan zaman müvafiq olaraq 5000, 3000 və 2000 rus rubluna bərabər olub.