Bank Of Baku

Azərbaycanla Aİ "Vahid aviasiya məkanına dair Saziş" üzrə danışıqlar aparıb

Azərbaycanla Aİ "Vahid aviasiya məkanına dair Saziş" üzrə danışıqlar aparıb
# 05 iyul 2017 13:35 (UTC +04:00)

İyulun 4-5-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Nəqliyyat Departamentində "Avropa İttifaqı və onun üzv dövlətləri və Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş" üzrə danışıqların ikinci mərhələsi keçirilib.


Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, danışıqlarda Azərbaycan tərəfdən adıçəkilən qurumun direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə Dövlət Mülki Aviasiya Administrasiyasının və Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları, o cümlədən Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin təmsilçiləri də daxil olub.
 

Səmimi və açıq şəkildə keçirilmiş görüşdə hər iki tərəf bu sazişi imzalamaq niyyətlərini ərz edib.
 

Danışıqlar zamanı Azərbaycan tərəfinin irad, təklif və arzuları müzakirə edilib, bir sıra tam aydın olmayan məsələlərə dair izahatlar verilib. Görüşün nəticəsi olaraq protokol imzalanıb.
 

Danışıqların növbəti - 3-cü mərhələsinin Bakı şəhərində keçirilməsi qərara alınıb. O zamanadək Azərbaycanın digər nazirlik və komitələrinin rəyləri nəzərə alınaraq operativ şəkildə Aİ və üzv dövlətlərə bildirilməsi və Bakıda keçiriləcək görüşdə artıq sazişin yekun variantının hazırlanması gözlənilir.
 

"Vahid aviasiya məkanı haqqında Saziş" layihəsi üzrə danışıqların başlanması xüsusilə onunla əlamətdardır ki, ən yaxın perspektivdə Azərbaycan ilə Aİ arasında "Əməkdaşlıq və tərəfdaşlıq haqqında" yeni sazişin imzalanması gözlənilir", - deyə A. Məmmədov bildirib.

 

Onun sözlərinə görə, sözügedən görüş Azərbaycanla Avropa arasındakı dialoqa xüsusi töhfə verəcək.

 

A. Məmmədov həmçinin Azərbaycanın mülki aviasiya sahəsində artıq müəyyən müsbət əməkdaşlıq təcrübəsinə malik olduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR