Bank Of Baku

Azərbaycanla BMT İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib - FOTO

Azərbaycanla BMT İKT sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib - <span style="color: red;">FOTO
# 04 fevral 2015 13:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ilə görüşüb.

 

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin roluna toxunan Ə.Abbasov əməkdaşlıq çərçivəsində indiyədək bir çox layihələrin həyata keçirildiyini vurğulayıb.

 

Azərbaycan-BMT əlaqələrinin etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu da nəzərə çatdıran nazir A.Brukun ölkəmizdəki fəaliyyəti dövründə bu münasibətlərin daha da dərinləşəcəyinə əminliyini bildirib.

 

Ölkədə aparılan islahatları yaxından izlədiyini deyən, həmçinin respublikanın iqtisadi inkişafında İKT-nin prioritet amil kimi önə çəkilməsindən məmnunluğunu ifadə edən BMT rəsmisi Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində yüksək texnologiyalar sahəsi üzrə aparılan işləri yüksək dəyərləndirib. BMT-nin İnkişaf Proqramının Azərbaycan hökuməti ilə tərəfdaşlığının dinamik və genişmiqyaslı olduğunu vurğulayan A.Bruk əlaqələri möhkəmləndirməklə, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradılacağını, xüsusən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə ciddi marağın olduğunu diqqətə çatdırıb.

 

Görüşdə eyni zamanda, İKT sahəsində BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığın yeni istiqamətləri, o cümlədən cari il ərzində həyata keçiriləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR