Bank Of Baku

Azərbaycanla Rusiya Samur çayı üzərində körpünün inşa edilməsi məsələsini müzakirə ediblər

Azərbaycanla Rusiya Samur çayı üzərində körpünün inşa edilməsi məsələsini müzakirə ediblər
# 13 fevral 2015 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan və Rusiya nümayəndələri iki ölkənin sərhədindəki Samur çayının üzərində yerləşən körpünün inşası məsələsini müzakirə ediblər.

 

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş fevralın 12-də Dağıstan Muxtar Respublikasının Məhərrəmkənd rayonun İcra Hakimiyyətində baş tutub.

 

Görüşdə Rusiya Avtomobil Yolları İdarəsinin rəisi Roman Starovoyt, Dağıstan Muxtar Respublikasının rəhbəri Ramazan Abdulatipov, Rusiya Nəqliyyat Nazirliyinin yol təsərrüfatı sahəsi üzrə dövlət siyasəti departamentinin direktoru İqor Kostyuçenko və başqaları iştirak edirdilər.

 

Azərbaycan tərəfindən isə görüşdə “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, “Azəryolaerolayihə” İnstitutunun baş direktoru İlham Xudiyev və “Gidrotransproekt” Elmi Araşdırmalar Mərkəzinin direktoru Natiq Əliyev iştirak edirlər.

 

Müzakirələr zamanı körpünün layihələndirmə məsələlərinə, layihənin maliyyələşdirilməsi, eyni zamanda körpünün Azərbaycan və Rusiya tərəfindən maliyyələşdirilməsi mexanizmlərinə, tərəflər arasında hesablamalar zamanı valyutanın seçilməsi məsələsinə də toxunub.

 

Qeyd edək ki, yeni körpünün inşası iki ölkə arasında ilboyu avtomobillərin keçməsinə xidmət edəcək. Layihənin həyata keçirilməsi iki ölkə arasında iqtisadi-ticarət dövriyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq.

 

Xatırladaq ki, Samur çayının üzərində inşa ediləcək körpü Azərbaycan tərəfdə yerləşən “Samur” gömrük keçid məntəqəsi və Rusiyada yerləşən “Yaraq-Kazmalyar” gömrük keçid məntəqələrini birləşdirir. İki ölkə arasındakı sərhəddə ilk körpü 1953-cü ildə istifadəyə verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR