Bank Of Baku

Azərbaycanlı “developer”lər “Applab” proqramına qoşularaq yeni uğurlara imza atıblar

Azərbaycanlı “developer”lər “Applab” proqramına qoşularaq yeni uğurlara imza atıblar
# 24 fevral 2015 12:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bakcell” şirkətinin “Applab” ofisində artıq bir neçə komanda öz ideyası üzərində işləməyə başlayıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 4 ay bundan öncə fəaliyyətə başlayan layihədə iştirak üçün daxil olan 70-dən artıq müraciətdən 8-i layihənin seçim komitəsi tərəfindən təsdiq olunub və seçilmiş komandalar artıq “Applab” ofisində layihələrinin icrasında başlayıblar. “Bakcell” və “Qualcomm” şirkətlərinin təşkil etdiyi xüsusi ekspert qrupu gənc “developer”lərdən ibarət komandalara geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramlarının pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərəcəklər.

 

Qeyd edək ki, gənc developerlərə “Bakcell” şirkətinin Sahil ofisində yerləşən “Applab” ofisinidə çalışmaq və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanı təqdim olunur. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.

 

Azərbaycanlı developerlər üçün “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub sadə formu bitirmək lazımdır.

 

“Bakcell” və “Qualcomm” şirkətlərinin nümayəndələri, eləcə də müstəqil ekspertlərdən ibarət seçim komitəsi hər bir müraciəti diqqətlə nəzərdən keçirərək ən maraqlı ideyaları təqdim edən müraciətçiləri ofisə dəvət edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR