Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun 5 km-lik hissəsi təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolunun 5 km-lik hissəsi təmir olunur
# 12 aprel 2018 12:14 (UTC +04:00)

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən xəbərə görə, aprelin 12-də Goran-Kürəkçay mənzilində 5 km yolun əsaslı təmirinə başlanılıb. Təmir işləri 4 gün davam edəcək.

 

Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

 

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 512 km dəmir yolu əsaslı təmir olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR