Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi əsaslı təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi əsaslı təmir olunur
# 15 yanvar 2015 06:28 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı - Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. Bu gün Böyük Kəsik - Soyuq Bulaq mənzilində 10 km yolun əsaslı təmirinə start verilib.

 

Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

 

O bildirib ki, təmir işləri bir  həftə davam edəcək.

 

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyev isə qeyd edib ki, səhər saatlarında artıq 1000  metr köhnə yol sökülüb.

 

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 360 km yol əsaslı təmir olunub və  800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR