Bank Of Baku

Bakı-Böyük Kəsik istiqamətində 4,5 km dəmir yolunun əsaslı təmirinə başlanıb

Bakı-Böyük Kəsik istiqamətində 4,5 km dəmir yolunun əsaslı təmirinə başlanıb
# 02 aprel 2018 08:11 (UTC +04:00)

Bu gündən etibarən dəmir yolunun Qovlar-Tovuz  mənzilində  4,5 km yolun və Baş Ələt  stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "APA-Economics"ə bildirib ki, təmir işləri bir həftə davam edəcək.

 

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

 

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 km dəmir yolu əsaslı təmir olunub və 136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR