Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APAy-a verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunacaq.
Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işlərinə Biləcəri stansiyasında başlanılıb və artıq 1,5 km uzunluğunda baş yolun əsaslı təmiri başa çatmaq üzrədir.
Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.