Bank Of Baku

Bakı-Nyu-York və əks istiqamətdə uçan sərnişinlər təyyarədə konkret yer seçə biləcək

Bakı-Nyu-York və əks istiqamətdə uçan sərnişinlər təyyarədə konkret yer seçə biləcək
# 14 aprel 2015 15:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlər üçün yeni proqramın tətbiqinə start verib.

 

Bu barədə “APA-Economics”ə AZAL-dan məlumat verilib.

 

Məlumata əsasən, AZAL Bakı-Nyu-York/Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı müntəzəm uçuşlarda hava gəmisində öncədən yerin seçilməsi proqramının (ASR- Advance Seat Reservation) tətbiqinə başlayır.

 

Başqa sözlə, Bakı-Nyu-York/Nyu-York-Bakı istiqamətindəki J2 101/102 saylı uçuşun hər bir sərnişini aviabilet əldə edərkən (və ya bronlaşdırma zamanı) hava gəmisində konkret yeri seçə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR