Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC martın 31-dən etibarən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə avtomobil daşımaları tariflərinə 20% endirim tətbiq edir.
QSC-dən “APA-Economics”ə verilən məlumata görə, bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 dollar həcmindədir. Əgər sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 2 144 dollar deyil, 1 716 dollar olacaq. Bu məbləğə sürücünün öz bileti də daxildir.
|
|
Tarif, ABŞ dolları ilə |
|
|
|
bir tərəfə |
iki tərəfə |
|
Qoşqulu yük avtomobili (16,5 metr uzunluqda TİR), 1 nəfər sürücü daxil olmaqla |
1072 |
1716 |
Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib (proporsional) qaydada hesablanacaq.
Xatırladırıq ki, bir neçə ay əvvəl, ötən ilin dekabrında Bakı-Aktau-Bakı xəttində də avtomobil daşımalarına 20%-ə qədər endirim tətbiq edilib.