Bank Of Baku

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 28 kilometri təmir olunub - FOTO

Bakı-Xırdalan-Sumqayıt dəmir yolunun 28 kilometri təmir olunub - <span style="color: red;">FOTO
# 28 aprel 2015 08:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı  təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun  APA-ya verdiyi məlumata görə, hazırda daha 4,7 km yolun təmirinə başlanılıb.

 

Təmir işləri 6-cı post-Sumqayit mənzilində aparılır. Artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir.

 

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib və bu günə kimi 28  km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə  “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi də  nəzərdə tutulur.  Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR