Bank Of Baku

Bakı metrosundan istifadə edənlərin sayı 3% azalıb

Bakı metrosundan istifadə edənlərin sayı 3% azalıb
# 18 may 2016 08:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Bakı metrosu ilə daşınan sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 71,8 mln. nəfər olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 2,8% azdır.

 

Ümumilikdə bu il nəqliyyat sektorunda daşınan sərnişinlərin 12,1%-i metronun payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR