Bank Of Baku

Bakıda ağır tonnajlı yük maşını yerüstü piyada keçidini yararsız hala salıb - FOTO

Bakıda ağır tonnajlı yük maşını yerüstü piyada keçidini yararsız hala salıb - <span style="color: red;">FOTO
# 29 dekabr 2014 08:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ötən gün Xocasən-Lökbatan avtomobil yolunun 2-ci kilometrliyində Xocasən qəsəbəsi ərazisində “Shacman” markalı ağır tonnajlı yük maşını piyada keçidini yararsız hala salıb.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü bildirib ki, hadisə diqqətsizlik ucbatından baş verib: “Sürücü bildirib ki, daşıdığı yükü boşaldıb və maşını yuyub. Lakin maşının yük daşınan hissəsini açıq saxlayıb. Sürətlə hərəkət edən ağır tonnajlı maşın yerüstü piyada keçidini tamamilə dağıdıb. Hadisə yerinə yol təsərrüfat idarəsinin texniki heyəti işləyir”.

 

Hazırda dəyən ziyanın məbləği hesablanır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR