Bank Of Baku

Bakıda bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik ediləcək - VİDEO

Bakıda bəzi marşrut avtobuslarının istiqamətlərində dəyişiklik ediləcək - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2015 19:39 (UTC +04:00)

“Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının təşkili” MMC-dən APA-Economics-ə verilən məlumata görə, 88 saylı marşrut avtobusu əvvəl Azadlıq prospektindən 20-ci sahə istiqamətində hərəkət edirdisə, sabahdan etibarən isə Azadlıq prospektindən 28 may metrostansiyasına kimi fəaliyyət göstərəcək.

 

Həmçinin, 37 saylı marşrut avtobusu əvvəllər Avtovağzal- İçərişəhər m/s – 20-ci sahə istiqamətində fəaliyyət göstərirdisə, indi Avtovağzaldan İçərişəhər m/s-na kimi hərəkət edəcək. 13 saylı marşrut avtobusu isə fəaliyyətini dayandırır.

 

Qeyd edək ki, 13 saylı marşrut avtobusu 7-ci mikrorayon –Həsən Əliyev küç. – Tbilisi pr. – Elmlər Akademiyası m/st  istiqamətində fəaliyyət göstərirdi. İndi isə, bu marşrut xəttini Baku Bus MMC-yə məxsus 6 saylı marşrut avtobusu əvəz edib.

 

Qeyd olunan dəyişikliklər 6 oktyabr 2015-ci il tarixindən qüvvədə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR