Bank Of Baku

Paytaxtda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Paytaxtda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 27 dekabr 2014 08:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyükşor yol qovşağı adlanan hissəsindən “Ramstore” yol qovşağına qədər nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. 

 

Bu barədə “APA-Economics”ə  Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

 

Onun sözlərinə görə, məhdudlaşdırma yolun hərəkət hissəsində üfüqi nişanlanma işi ilə bağlıdır.

 

Nişanlanma işinin bir neçə saat ərzində yekunlaşacağı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR