Bank Of Baku

Bakıda əsas kapitala yönəldilmiş vəsaitlərin 74%-i tikintiyə sərf edilib

Bakıda əsas kapitala yönəldilmiş vəsaitlərin 74%-i tikintiyə sərf edilib
# 30 mart 2018 15:31 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 mlrd. 453,1 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,7% az vəsait yönəldilib.

 

Bakı şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumi sərmayənin 40,1%-i dövlət, 59,9%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 74,4%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

 

Bu ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,9%-ni tikinti, yenidənqurma və genişləndirmə, 6,8%-ni əsaslı təmir, 4,9%-ni cari təmir, 21,4%-ni isə sair tikinti işləri təşkil edib.

 

Ümumi inşaat işlərinin 83,9%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR