Bank Of Baku

Bakıda kommersiya obyektləri ucuzlaşıb

Bakıda kommersiya obyektləri ucuzlaşıb
# 16 iyun 2015 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində Bakıda qeyri-yaşayış sahələri bazarında qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib.

 

Bu barədə “APA-Economics” paytaxtın qeyri-yaşayış sahələri bazarını araşdıran "MBA Consulting Group" tərəfindən aparılan monitorinqin nəticələrinə istinadən məlumat verir.

 

Ötən ayda olduğu kimi, bu ay da kommersiya obyektləri üçün daşınmaz əmlak alqı-satqı mərkəzlərinə müraciət edənlərin sayı azlıq təşkil edib və nəticə etibarı olaraq bu seqment üzrə bazarda bağlanan əqdlərin dinamikasında ötən aya nisbətən bir qədər də azalma olub.

 

Ümumilikdə müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində 11,5% azalaraq 177 ədəddən 156 ədədə qalxıb.

 

 

Satış məqsədi ilə bazara təklif olunan kommersiya obyektlərinin həcmində əsas paya 38,0%-lə “boş yer” təyinatlı sahələr malikdir (bu tip obyektlər o obyektlərdir ki, hansılar ki, təyinatı dəqiq deyil, və onlar ofis, mağaza və ya xidmət təyinatı altında istifadə oluna bilərlər). Xidmət və mağaza təyinatlı yerlər isə bazarda müvafiq olaraq 28,3% və 15,2% paya sahibdirlər. Satışda olan ofis təyinatlı yerlərin sayı ümumi payın 10,9%-nə malikdir. Zirzəmi təyinatlı obyektlər isə ümumi payın 7,6% -ni təşkil edir.

 

 

 

 

 

Qeyri-yaşayış obyektlərinin orta sahəsi mart ayı üçün 146,47 kv.m təşkil edib ki, bu da öz növbəsində ötən aya nisbətən 24,6% azalıb. Sahənin azalmasına əsas səbəb kimi əmlak bazarında ayrıca böyük sahələrə malik tikili obyektlərinin satışa təklifinin azalması ilə əlaqələndirmək olar. Araşdırmalar nəticəsində Bakı şəhərində ən böyük sahə Sabunçu rayonunda, Bakıxanov qəsəbəsində “restoran” təyinatlı xidmət sahəsi qeydə alınıb, 900 kv.m.

 

Ən az sahəyə isə Xətai rayonunda, “Xətai” m/st yaxınlığında 19 kv.m sahəyə malik olan “avto yuma” məntəqəsi qeydə alınıb.

 

 

Bazarda qiymətlər

 

May ayı ərzində Bakı şəhəri üzrə kommersiya məqsədilə istifadə edilən əmlakın orta satış və icarə qiymətlərində müvafiq olaraq 0,14% və 0,72% qiymət azalması qeydə alınıb. Bazarda qiymətlərin və tələbin qeyri-stabil olması ekspozisiya müddətinin artımına təsir göstərib. Ekspozisiya müddəti 199 gündən artaraq 216 gün bəndində qərarlaşıb. Ötən illə müqayisədə Bakı şəhəri üzrə qiymət indeksində azalma 22,0%, Ötən ayla müqayisədə isə qiymət indeksində azalma 5,5% olub.

 

 

Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) apreldə qeydə alınan 3 618 dollardan 3 418 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən ayla müqayisədə 5,53% təşkil edib. Qeyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq ayında qeydə alınmış nəticədən manat ilə ifadədə 2,46% çox olub, dollar ilə ifadədə isə 23,33% azalıb.

 

Bakı şəhərində qeyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil etdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. Azalmalar daha çox 2-ci və 3-cü zonalar üzrə müşahidə edilmişdir, müvafiq olaraq 11,34% və 8,29%.

 


 

Zonalar üzrə obyektlərin icarə qiymətləri dollar məzənnəsi ilə 0,72% azalaraq 13,s7 kv.m/manat bəndində qərarlaşıb.


 

 

Ay ərzində qeyri-yaşayış sahələri ilkin bazarında qiymət artımı Nİzami (6,7%), Səbail (1,2%), Suraxanı (31,7%) və Yasamal (29,3%) rayonlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Nərimanov (12,8%), Sabunçu (10,1%) və Xətai (24,0%) rayonlarında müşahidə olunub.

 

Mayda bazarda qeyri-yaşayış sahələrinin 1 kv.m-nin orta qiymətindən (3418 dollar) aşağı olan obyektlər ümumi portfeldə 69,5% paya malikdir. Qeyri-yaşayış sahələri üzrə orta qiymət dəyişməsi seqmentlər üzrə aşağıdakı formada qeydə alınıb:

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR