Bakı. Aqşin Rafiqoğlu - APA-Economics, Bu ilin noyabr ayı üzrə Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1360 dollar/kv.m-dən 1,25% artaraq 1377 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1067 manat/kv.m-dən 1,25% artaraq 1080 manat/kv.m bəndində qərarlaşıb.
“APA-Economics”in məlumatına görə, bu barədə paytaxtın mənzil və torpaq bazarını araşdıran "MBA Consulting Group" şirkətinin hesabatında bildirilir.
Bakı şəhəri üzrə “pod moyak” yeni tikili mənzillərin təklif qiyməti, $/kv.m


Bazar portfelində ümumi təkliflərin sayı isə 535 ədəd təşkil edib ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə 43,62%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 0,04% çox olub. İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 800-1250 manat/kv.m qiymət aralığında olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 45.8%-ni təşkil edir. Ümumi təklif portfelinin qalan 54,2%-ni isə 800 manat/kv.m-ə qədər olan ucuz mənzillər ilə, qiyməti 1250 manat/kv.m-dən baha olan mənzillərin payına düşür, Hər iki qiymət dəyərində olan mənzillər ayrı-ayrılıqda ümumi bazar payının 27,1%-nə malikdir.

Ümumilikdə, noyabr ayında aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan “pod moyak” bir və üç otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq – 5,35% və - 4,45% azalma var. İki, dörd və beş otaqlı mənzillərin qiymətində isə müvafiq olaraq 0,7%, 3,82% və 4,0% artım müşahidə olunub.
Son ayda bazarda təklif olunan “pod moyak” mənzillərin ümumi orta sahəsi demək olar ki, dəyişməz olaraq qalıb, 112,12 kv.m. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 58,65, iki otaqlı 90,06, üç otaqlı 127,6, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 199,0 və 240,0 kv.m qeydə alınıb.
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında artım əsasən Yasamal və Nəsimi rayonlarında qeydə alınıb ki, buna da əsas səbəb tikilməkdə olan binaların yekunlaşmasını göstərmək olar. Ümumilikdə, ay ərzində iri çoxmənzilli yaşayış binalarında təklifin həcmi həmişəki kimi şəhərin II və III zonalarında mütləq çoxluq təşkil edib. Yaranmış vəziyyət isə son nəticədə əhalinin sıxlığının bu zonada artmasına zəmin yaradıb.
Rayonlar üzrə təklif portfelinin strukturu aşağıdakı kimi olub:

İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 3 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Hüseyn Cavid prospektində, “Elimlər Akademiyası” m/st yaxınlığında yerləşən 87 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 3 000 manat təşkil edib. Ən ucuz mənzil isə Yeni Yasamal qəsəbəsində yerləşən 140 kv.m-lik sahəyə malik yeni tikili, 3 otaqlı mənzildə qeydə alınıb, 485 manat/kv.m.

Otaqlar üzrə qiymət strukturu:

Yeni tikili mənzil bazarında ay ərzində Bakı şəhəri rayonları üzrə orta qiymət artımı ən çox Sabunçu və Nizami rayonlarında müşahidə edilib, müvafiq olaraq 6,9% və 5,9%. Qiymət azalması isə Nəsimi rayonunda -3,4%, Yasamal rayonunda isə -6,1% qeydə alınıb.
Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
