Bank Of Baku

Bakıda yük maşınının aşması nəticəsində yol təsərrüfatına 45 min manat həcmində ziyan dəyib

Bakıda yük maşınının aşması nəticəsində yol təsərrüfatına 45 min manat həcmində ziyan dəyib
# 25 dekabr 2014 12:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı Dairəvi avtomobil yolunun Biləcəri enişinə düşən hissəsində qum daşıyan “Shacman” nəqliyyat vasitəsinin qəza törətməsi yol təsərrüfatına ciddi ziyan vurub.

 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

Onun sözlərinə görə, ağır tonnajlı yük maşınının əyrixətli tirə (təhlükəsizlik səddi) çırpılması nəticəsində 96 paqon/metr 3 yol nişanı, “T” tipli yol göstəricisi dirəyi, onun üzərində olan uzunluğu 6 metr, eni isə 3 metr olan 2 ədəd lövhə sıradan çıxıb.

 

“Nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə tökülən qum yol istismar idarəsinin texnikası ilə təmizlənib. Yolda nəqliyyatın hərəkəti bərpa olunub”, - deyə P. Mürsəliyev bildirib.

 

O, əlavə edib ki, yol təsərrüfatına təxminən 45 min manata yaxın ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR