Bank Of Baku

Bakının “Azneft” dairəsi iki gün bağlı olacaq

Bakının “Azneft” dairəsi iki gün bağlı olacaq
# 09 aprel 2016 09:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.

 

Bu səbəbdən, Neftçilər prospektinin “Azneft” dairəsindən başlayaraq Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan yolun hissəsi aprelin 10-u saat 17:00-dan aprelin 11-i saat 21:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

 

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR